Bank Of Baku

İranda tanınmış azərbaycanlı fəal azadlığa buraxılıb

İranda tanınmış azərbaycanlı fəal azadlığa buraxılıb
# 23 noyabr 2012 02:45 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranda tanınmış azərbaycanlı fəal Vahid Rastqu azadlığa buraxılıb.

APA-nın məlumtına görə, Vahid Rastqu İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin ("Ettelaat") əməkdaşları tərəfindən iyunun 27-də atasının evində həbs olunub. Azərbaycanlı fəal 23 gün "Ettelaat"ın təkdamlıq kamerasında saxlanıldıqdan sonra Təbrizin mərkəzi həbsxanasından köçürülüb. Sonradan Vahid Rastqu Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsində hakim Rəhim Həmlbərin sədrliyi ilə keçirilən iclasda Vahid Rastqu isə hakimiyyətin əleyhinə təbliğat aparmaq, ölkənin milli təhlükəsizliyini pozmağa cəhd göstərmək və İranın ali dini liderini təhqir etməkdə günahlandırılaraq 6 ayı şərti olmaqla bir il həbs cəzasına məhkum edilib.

 

Qeyd edək ki, İran qanunlarına görə, həbs müddətinin yarısını çəkən məhbuslar cəzasının çəkilməmiş hissəsindən azad olunurlar. Bəzi hallarda onların təcridxanada saxlanıldıqları müddət də nəzərə alınır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR