"Hazırda Qəzza zolağında təhlükəsizlikə bağlı mövcud vəziyyət və tibbi avadanlıqların çatışmaması ilə əlaqədar İsrail hökuməti dünən bölgəyə böyük miqdarda humanitar yardım daşıyan iki yük maşını göndərib".
Bu barədə APA-ya İsrailin Azərbaycandakı səfirliyindən bildirilib.
Məlumatda deyilir ki, göndərilmiş humanitar yardım Qəzzaya daxil olsa da, geri qaytarılıb: "Səhiyyə sisteminin ağır vəziyyəti və tibbi təchizatın olmamasına baxmayaraq, HAMAS humanitar yardımı qəbul etməkdən imtina edib və yerli hakimyyət orqanlarına onları İsrailə geri göndərməyi tapşırıb".