Bakı. Real Cəfərli - APA. ABŞ Konqresi İranla dostluq qrupu yaratmaq istəyir. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani oktyabrın 1-də hökumətlə parlament arasında keçirilmiş ortaq toplantı zamanı bəyan edib.
İran parlamentinin islahatçı millət vəkili Abid Fəttahi bildirib ki, H.Ruhani məclisdə çıxışı zamanı Nyu-Yorka səfəri barədə ətraflı məlumat verib, həmçinin ABŞ prezidenti Barak Obama ilə telefon danışığında İranın nüvə məsələsi və sanksiyaların aradan qaldırılmasının əsas müzakirə mövzusu olduğunu deyib: “İran prezidenti ABŞ-la müzakirələri çox müsbət qiymətləndirib. İran parlamentinin sədri Əli Laricani də Həsən Ruhaniyə BMT Baş Assambleyasının 68-ci sessiyasındakı çıxışına görə təşəkkür edib və onu təqdir etdiyini söyləyib”.