Bank Of Baku

Həsən Ruhani: “Sanksiyalar İran xalqına qarşı qəsbkarlıqdır”

Həsən Ruhani: “Sanksiyalar İran xalqına qarşı qəsbkarlıqdır”
# 30 avqust 2014 13:46 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. İran prezidenti Həsən Ruhani Qərbin sanksiyalarını “qəsbkarlıq” adlandırıb.

 

APA-nın “Associated Press”ə istinadən verdiyi xəbərə görə, İran prezidenti Vaşinqtonun 25 müəssisə, bank və fiziki şəxsə qarşı tətbiq etdiyi cəzaları belə qiymətləndirib.

 

“Sanksiyalar İran xalqına qarşı qəsbkarlıqdır. Biz bu qəsbkarlığa müqavimət göstərməli və işğalçıları öz yerlərinə oturtmalıyıq” - deyə dövlət başçısı vurğulayıb.

 

Xatırladaq ki, ABŞ  İranın nüvə proqramını dəstəkləməkdə və bu ölkəyə beynəlxalq sanksiyalardan yayınmağa kömək etməkdə şübhəli bilinən daha 25 müəssisə, bank və fiziki şəxsə qarşı sanksiyalar tətbiq ediləcəyini açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR