Bank Of Baku

Həsən Ruhani: Rusiya və Türkiyə arasında gərginliyin azaldılması üçün İran əlindən gələni etməlidir

Həsən Ruhani: Rusiya və Türkiyə arasında gərginliyin azaldılması üçün İran əlindən gələni etməlidir
# 03 fevral 2016 05:10 (UTC +04:00)

Bakı-APA.  Rusiya və Türkiyə arasında yaranmış gərginliyin azaldılması üçün İran əlindən gələni etməlidir. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə İran prezidenti Həsən Ruhani bildirib.  

 

“Bizim həm Rusiya, həm də Türkiyə ilə çox gözəl münasibətlərimiz var. Bu iki ölkənin   münasibətlərində böhranın yaranmasından biz çox təəssüflənirik. Hazırda gərginliyin azaldılması istiqamətində biz əlimizdən gələni etməliyik”, - deyə İran prezidenti vurğulayıb.

 

“Gərginliyin daha da dərinləşməsi nə Rusiyanın, nə də ki Türkiyənin maraqlarına cavab vermir”, deyə Ruhani əlavə edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR