Bakı-APA. Hindistanda sərnişin qatarının yük qatarına toqquşması nəticəsində 20 nəfər ölüb, 50 nəfər yaralanıb.
APA-nın Hindistanın “News18” telekanalına istinadən verdiyi məlumata görə, hadisə Xəlilabad şəhəri yaxınlığında baş verib.
Horakhpur şəhərinə gedən sərnişin qatarı Çuraid qəsəbəsindəki stansiyada yük qatarın dayandığı xəttə keçib və bu an toqquşma baş verib, nəticədə 6 vaqon relsdən çıxıb.