Hindistanın şimal-şərqində Mi-17 hərbi nəqliyyat vertolyotu qəzaya uğrayıb.
APA-nın “Times of India” nəşrinə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində vertolyotda olan 6 nəfərdən 5-i ölüb, 1-i yaralanıb.
Qəza Arunaçal Pradeş əyalətindəki Tavanq şəhərinin yaxınlığında baş verib.
Yaralanmış şəxsin vəziyyəti ağır qiymətləndirilir.
Qəzanın səbəbləri araşdırılır.