Bank Of Baku

ABŞ Tehran-Məşhəd dəmir yolu xəttini vurub, qatarların hərəkəti dayandırılıb

ABŞ Tehran-Məşhəd dəmir yolu xəttini vurub, qatarların hərəkəti dayandırılıb
# 09 iyul 2026 09:32 (UTC +04:00)

Bu gün səhər ABŞ-ın Tehran-Məşhəd dəmir yolu xəttinin bir hissəsinə endirdiyi zərbə nəticəsində Tehran-Məşhəd istiqamətində qatarların hərəkəti dayandırılıb.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran İslam Respublikası Dəmir Yolları məlumat yayıb.

Bildirilib ki, texniki və əməliyyat qrupları dərhal hadisə yerinə göndərilib və zərər görmüş hissənin bərpası istiqamətində işlərə başlanılıb.

Xəttin qısa müddətdə istifadəyə verilməsi üçün tədbirlər görülür.

Hərəkəti dayandırılmış qatarların sərnişinlərinin Məşhəd şəhərinə daşınması üçün avtomobil nəqliyyatı vasitəsilə alternativ marşrut təşkil edilib.

Qeyd edək ki, ABŞ ötən gecə və bu gün İranın bir sıra bölgələrinə zərbə endirib, nəticədə insan tələfatı və maddi ziyan qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR