Hindistanda baş vermiş yol qəzasında 22 nəfər diri-diri yanıb.
APA-nın NDTV kanalına istinadən verdiyi məlumata görə, Hindistanın şimalında yerləşən Uttar-Pradeş ştatının Bareli şəhəri ərazisində avtobus yük maşını ilə toqquşub.
Toqquşma zamanı zərbənin təsirindən avtobusun yanacaq çəni partlayıb, güclü yanğın baş verib. Yanğın içərisində yatmış sərnişinlər olan avtobusu bürüyüb.
Hadisə nəticəsində ən azı 22 sərnişin yanaraq ölüb. Cəsədlər tanınmaz hala düşüb.
Yanğınsöndürənlər alovun qarşını çətinliklə alıblar.
Qəzanın səbəbləri araşdırılır. İlkin ehtimala görə, Nyu-Delhidən Qonda şəhərinə gedən avtobus qarşı yola çıxıb.