Bakı - APA. Hindistanın şimalında yerləşən Uttar Pradeş ştatının Unnao şəhərində binanın damı uçub, üç nəfər ölüb, təqribən 50 nəfər xəsarət alıb.
NDTV-nin məlumatına əsasən, müsəlman şiələr müqəddəs Aşura bayramı ilə əlaqədar mərasimi seyr etmək üçün binanın damına çıxıblar.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, ölənlər arasında 8-10 yaşlı uşaqlar da var. Hadisə barədə daha ətraflı məlumat verilmir.