Bank Of Baku

Honkonqda baş vermiş toqquşmalarda 10 nəfər xəsarət alıb

Honkonqda baş vermiş toqquşmalarda 10 nəfər xəsarət alıb
# 29 noyabr 2014 04:10 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, iğtişaşlar nəticəsində səkkizi  polis olmaqla 10 nəfər xəsarət alıb.

 

Etiraz aksiyasının iştirakçıları yenidən  Koulun yarımadasındakı Monqkok adlı əraziyə keçməyə cəhd ediblər. Üç gün öncə asayiş keşikçiləri adıçəkilən ərazini barrikada və çadır düşərgələrindən təmizləmişdilər. Bu dəfə polis nümayişçiləri dağıtmaq üçün rezin dəyənəklər və gözyaşardıcı qazdan istifadə edib.  

 

Xatırladaq ki, Honkonqda etirazlar sentyabrın 26-dan bəri davam edir. Aksiya iştirakçıları Honkonq administrasiyasının rəhbərinin Pekin tərəfindən müəyyənləşdirilməsini deyil, Honkonq sakinləri tərəfindən seçilməsini tələb edirlər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR