Bakı-APA. Bu gün səhər saat 05:14 radələrində İndoneziya sahillərində 5,7 maqnitudalı zəlzələ baş verib.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ Geologiya Xidməti zəlzələ ocağının Samatra adasındakı Benkulu şəhərindən 37 km cənubda, 55,3 km dərinlikdə yerləşdiyini açıqlayıb.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi də elan edilməyib.