İndoneziyanın Halmanera adası yaxınlığında 5,4 bal gücündə zəlzələ baş verib.
APA-nın xəbərinə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.
Yeraltı təkanların episentri Tobelo şəhərindən 101 km şərqdə, ocağı 113 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.