Bakı. Rüfət Əhmədzadə - APA. İndoneziyada torpaq sürüşməsi nəticəsində olan daha 79 nəfərin meyiti aşkarlanıb.
APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, xilasedicilər Mərkəzi Yava vilayətinin Cemblunq şəhərciyi yaxınlığında 79 nəfərin cəsədini aşkarlayıblar. Bundan əvvəl isə 56 nəfərin ölməsi barədə məlumat verilmişdi.
Bildirilir ki, fəlakətin səbəbi leysan yağışlar olub. Nəticədə 600-dən çox insan evindən məhrum olub. Hazırda ölənlərin sayının 160 nəfərə çatdığı, təxminən o qədər də insanın itkin düşdüyü qeyd olunur. Ümumilikdə bu fəlakətdən 3500-dən çox sakin zərər çəkib.