Bakı-APA. Bu gün İndoneziyanın şərq sahillərində 5,3 maqnitudalı zəlzələ baş verib.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, zəlzələnin ocağı Papua əyalətinin Cayapur şəhərindən 71 km şimal-qərbdə, Sakit okeanda 10 km dərinlikdə yerləşib.
Sunami təhlükəsi elan edilməyib.