Bank Of Baku

İordan çayının Qərb sahilində İsrail hərbçisi qətlə yetirilib

İordan çayının Qərb sahilində İsrail hərbçisi qətlə yetirilib
# 21 sentyabr 2013 18:22 (UTC +04:00)

Bakı-APA.  İordan çayının Qərb sahilində fələstinli İsrail hərbçisini girov götürərək qətlə yetirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İsrailin baş nazirinin mətbuat katibi Ofer Qendelman bildirib.  

 

Sentyabrın 20-də itkin düşən əsgərin meyiti Kalkilya şəhərinin yaxınlığında aşkarlanıb.

 

“İsrail hərbçisini girov götürərək qətlə yetirən fələstinli – 42 yaşlı Nidal Əmrdir. O hərbçinin meyitini İsrail həbsxanasında cəza çəkən qardaşının azad olunması müqabilində qaytarmağı planlaşdırıbmış”, deyə  Ofer Qendelman Twitter  səhifəsində bildirib

 

Əsgərin şəxsiyyəti hələlik açıqlanmır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR