Bakı – APA. İranla İraq sərhədində 5,4 bal gücündə zəlzələ baş verib.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Bağdaddan 136 km şimal-qərbdə, ocağı isə 20 km dərinlikdə yerləşib.
Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir.