Bakı. Real Cəfərli - APA. İran 20% səviyyəsində zənginləşdirdiyi uran ehtiyatını yarıyadək azaldıb.
APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) icraçı direktoru Yukiya Amanonun qurumun İdarə Heyətinə təqdim etdiyi növbəti rüblük hesabatda bildirilir.
Sənəddə həmçinin rəsmi Tehranın 2013-cü il noyabrın 24-də Cenevrədə “altılıq” ölkələri ilə əldə etdiyi nüvə razılaşmasına sadiq qaldığı qeyd olunub.