Bank Of Baku

İran 52 nəfərlik “Yak 140” sərnişin təyyarəsi istehsal edib

İran 52 nəfərlik “Yak 140” sərnişin təyyarəsi istehsal edib
# 09 dekabr 2012 19:09 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İran “Yak 140” sərnişin təyyarəsini istifadəyə verib.

 

APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İran Silahlı Qüvvələrinin Aviasiya Sənayesi Təşkilatının rəhbəri Mənuçöhr Məntiqi bildirib.

 

Onun sözlərinə görə, təyyarənin dizaynı iki il əvvəl iranlı mütəxəssislər tərəfindən hazırlanmağa başlanıb: “2011-ci ildə təyyarə istehsal olunaraq sınaq uçuşlarına başlanılıb. “Yak 140” sərnişin təyyarəsi Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Küveyt kimi ölkələrə də xarici uçuşlar həyata keçirəcək. İldə ölkədə 10-12 ədəd bu təyyarədən istehsal olunacaq. Təyyarə 52 nəfərlik sərnişin tutumuna malikdir”.

 

M. Məntiqi əlavə edib ki, 6 nəfərlik kiçik şəxsi təyyarələr də istehsal olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR