APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Ə. Ə. Salehi deyib ki, 5%-ə qədər zənginləşdirilmiş uranın istehsalı azalmayacaq, əksinə, artacaq: “Lakin biz qarşıdakı altı ay ərzində uranı 20 faizə qədər zənginləşdirməməliyik”.
Ə. Ə. Salehi qeyd edib ki, imzalanan razılaşmadan İran heç nə itirməyib və ölkəyə qarşı sanksiyalar sistemi laxlayıb: “İran sadəcə, uranın 20 faizə qədər zənginləşdirilməsini dayandırmağa razılıq verib. Bu, kran kimidir. Əgər Qərb ölkələri öz öhdəliklərini yerinə yetirməsələr, biz bu kranı açacağıq”.