Bank Of Baku

İran ABŞ-a xalça ixracını bərpa edir

İran ABŞ-a xalça ixracını bərpa edir
# 30 yanvar 2016 23:48 (UTC +04:00)

Bakı-APA.  İran 2016-cı ildə ABŞ-a xalça ixracını bərpa edəcək. APA-nın “Mehr”ə istinadən verdiyi xəbərə görə, bu barədə İranın xalça sənayesi idarəsinin rəhbəri Həmid Kargar bildirib.

 

“Amerikalı sahibkarların İran xalçalarına böyük maraq göstərməsi onların tezliklə ABŞ-a ixrac olunmağa başlayacağını deməyə əsas verir”, deyə Kargar qeyd edib.   

 

Qeyd edək ki, ABŞ, Avropa İttifaqı və BMT tərəfindən rəsmi Tehrana qarşı tətbiq edilən sanksiyalar yanvarın 16-dan,  Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İranın saziş üzrə bütün tələbləri yerinə yetirməsi barədə hesabatın dərc olunduğu gündən ləğv edilib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR