Bank Of Baku

İran ABŞ-la müzakirə üçün üç şərtini açıqlayıb

İran ABŞ-la müzakirə üçün üç şərtini açıqlayıb
# 12 dekabr 2012 14:54 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli - APA. ABŞ-la müzakirə aparmaq üçün İranın üç şərti var. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst  açıqlama verib.

 

O bildirib ki, İran İsrail istisna olmaqla qalan bütün ölkələrlə müzakirə apara bilər: “Tehran üçün prioritet məsələlər beynəlxalq strukturlarda dəyişikliyin edilməsi, ədalətli siyasət yürüdülməsi, millətlərin və ölkələrin hüquqlarının tanınmasıdır. İran yalnız üç şərtlə ABŞ-la müzakirə apara bilər. Bunlar qarşılıqlı hörmət, İranın milli mənafeyinin və inqilab qanunlarının qorunmasıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR