Bank Of Baku

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi: “Rusiya təyyarələrinə İran səmasından Suriyaya getməyə icazə verilə bilər”

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi: “Rusiya təyyarələrinə İran səmasından Suriyaya getməyə icazə verilə bilər”
# 11 fevral 2017 12:34 (UTC +04:00)

“Ehtiyac yaranarsa, İran Müdafiə Nazirliyinin rəsmiləri Suriyadakı quru qoşunlarının əməliyyatlarına dəstək üçün Rusiya təyyarələrinə İran səmasından istifadə etməyə lazımi icazəni verə bilər”.

 

APA-nın Tehran müxbirinin məlumatına görə,  bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani  deyib.

 

Ə.Şəmxani İran və Rusiya arasında terrorizmlə mübarizə sahəsindəki əməkdaşlığı strateji əməkdaşlıq adlandırıb və deyib ki, terrorla mübarizə çərçivəsində ehtiyac yaranarsa, Rusiya təyyarələrinin İran səmasından istifadə edərək Suriyaya getməsi birgə qərar əsasında baş tuta bilər: “İran və Rusiyanın Suriyada terrorla mübarizəsi hərtərəfli və genişdir. Təyyarələrin İran səmasından istifadəsi üçün ekspertlər müxtəlif yönlərdən araşdırma aparmalıdırlar. Ehtiyac olarsa, müəyyən zaman çərçivəsində bu proses baş tuta bilər”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR