Bank Of Baku

İran Beyrutdakı terrora görə İsraili günahlandırıb

İran Beyrutdakı terrora görə İsraili günahlandırıb
# 19 noyabr 2013 12:16 (UTC +04:00)

Bakı – APA. İran hakimiyyəti ölkənin Beyrutdakı səfirliyinə qarşı terror aktında İsraili günahlandırıb. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, İran XİN-in sözçüsü Mərziyə Əfxam səfirliyin qarşısında törədilmiş partlayışları “sionistlər və onların muzdluları tərəfindən həyata keçirilmiş insanlıqdan kənar cinayət” kimi qiymətləndirib.  

 

Oxşar mövqe İranın Livandakı səfiri Qəzənfər Rohnabadi tərəfindən də dilə gətirilib. O, səfirliyin mədəniyyət attaşesi İbrahim Ənsarinin sionist rejimi tərəfindən öldürüldüyünü söyləyib.

 

Suriya hökuməti də Beyrutda baş vermiş terroru pisləyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR