Bakı. Real Cəfərli - APA. İranın BMT-dəki nümayəndəsi dəyişəcək. APA-nın İran mətbuatına istinadən məlumatına görə, Məhəmməd Xəzainin öz vəzifəsindən geri çağırılacağı və onu bu postda başqa bir diplomatın əvəz edəcəyi bildirilir. Hələlik İranın BMT-dəki nümayəndəsi bu xəbərlə bağlı heç bir şərh verməyib.
Bu günlərdə «Reuters» agentliyi İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki (AEBA) nümayəndəsinin dəyişəcəyi, Əli Əsgər Sultaniyənin öz vəzifəsindən geri çağırılacağı və onu bu postda başqa bir diplomatın əvəz edəcəyi barədə məlumat yayıb. İranın AEBA-dakı nümayəndəsi də bu xəbəri təsdiqləyərək, səlahiyyət müddəti sona çatdığından İrana geri qayıdacağını bildirib.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə bu gün jurnalistlərə açıqlamasında ölkəsini BMT və AEBA-dakı nümayəndələrinin hələlik təyin olunmadığını deyib: «İran XİN bu postlar üçün öz namizədlərini prezidentə təqdim edib. Hazırda Həsən Ruhaninin onları vəzifələrinə təsdiqləməsini gözləyirik».
Bundan əlavə, XİN sözçüsü Seyid Abbas Əraqçı M.Zərifin müavinlərini dəyişdirməsi ilə bağlı xəbərləri təkzib edərək, bununla bağlı hələlik hansısa bir qərarın qəbul olunmadığını vurğulayıb. O, həmçinin İran prezidentinin üç həftə sonra Bişkekdə (Qırğızıstan) keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin liderlərinin toplantısı çərçivəsində rusiyalı həmkarı ilə görüşəcəyini deyib.
İran BMT-dəki nümayəndəsini dəyişir
24 avqust 2013 16:10 (UTC +04:00)
Asiya
Netanyahudan orduya xəbərdarlıq: “Hizbullahla böyük münaqişə qaçılmazdır”
09:54
15 sentyabr 2024
İsrail ordusu Qəzzanın şimalının boşaldılmasını əmr edib
09:43
15 sentyabr 2024
“Əl-Cəzirə”: İsrailin Qəzzaya zərbələri nəticəsində 26 fələstinli ölüb
09:19
15 sentyabr 2024
KİV: Qəzzada, anklav üçün 135 minə qədər çadıra ehtiyac var
09:08
15 sentyabr 2024