Bakı. Real Cəfərli-APA. İran bu gecə qış vaxtına keçir. APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, sentyabrın 21-dən 22-nə keçən gecə yerli vaxtla saat 00:00-da saatların əqrəbləri bir saat geri çəkiləcək.
Qeyd edək ki, İran hökumətinin qəbul etdiyi qərara əsasən, hər il isfənd ayının son gecəsi (mart) saatlar bir saat irəli, şəhrivər ayının son gecəsi (sentyabr) isə bir saat geri çəkilir.