Bakı. Real Cəfərli - APA. İran Daxili İşlər Nazirliyinə yeni mətbuat katibi təyin edilib. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli bu posta Hüseynəli Əmirini gətirib. H. Əmiri bunadək İran daxili işlər nazirinin parlament məsələləri üzrə müavini vəzifəsində çalışıb.