Bank Of Baku

İran parlamentində 4 terrorçu öldürülüb - YENİLƏNİB

İran parlamentində 4 terrorçu öldürülüb - <span style="color: red;">YENİLƏNİB
# 07 iyun 2017 12:50 (UTC +04:00)

İran parlamentində terrorçuların zərərsizləşdirilməsi üçün keçirilən əməliyyat başa çatıb. 

 

APA-nın İran bürosunun xəbərinə görə, Milli Məclisə hücum edən 4 silahlının hamısı məhv edilib.  

 

Hazırda binada axtarış aparılır.

 

Əməliyyat başa çatdıqdan sonra İran parlamentinin spikeri ƏLi Laricini hadisə yerinə baxış keçirib.

***

 

14.29

İran ərazisində bütün təhlükəsizlik qüvvələri hazırlıq vəziyyətinə gətirilib. 

 

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran daxili işlər nazirinin müavini Hüseyn Zülfüqari deyib. O bildirib ki, terrorçular qadın geyimi ilə parlamentin binasının giriş qapısından içəri daxil olublar: “İçəri girən kimi atəş açmağa başlayıblar. SEPAH qüvvələri onlara cavab atəşi açıb. Terrorçular parlamentin əsas binasına deyil, ətrafdakı binasına soxulublar”.


H. Zülfüqarinin sözlərinə görə, terrorçular 4 nəfər olub, onlardan 1-i öldürülüb, 1 nəfər isə özünü partladıb: “İndiyədək parlamentdə 2 nəfər öldürülüb. Terroristlər mühasirədədir”.
  
İRNA dövlət agentliyi isə İmam Xomeyninin məqbərəsində terrorçulardan birinin sağ ələ keçirildiyi və atışmanın davam etdiyi barədə xəbər yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR