Tehran metrosunda atışma nəticəsində bir nəfər ölüb, 3 nəfər yaralanıb.
APA-nın Tehran bürosunun məlumatına görə, silahlı şəxs 4 nəfərə hücum edib və onlara xəsarət yetirib.
Sonra o, hadisə yerinə gələn polis əməkdaşlarına hücum edərək onlara xəsarətlər yetirib. Polis əməkdaşları xəbərdarlığa məhəl qoymayan silahlı şəxsi zərərsizləşdirmək üçün bir neçə dəfə havaya atəş açıblar, sonra isə onu ayağından vurublar.
40 yaşlı kişi xəstəxanaya çatdırılarkən yolda ölüb.
Hadisənin təfərrüatları yaxın saatlarda ictimaiyyətə açıqlanacaq.
*** 12.15
İranda silahlı şəxsin hücumu nəticəsində 15 nəfər xəsarət alıb.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, hadisə paytaxt Tehranın metropolitenində baş verib.
Bıçaqla silahlanan şəxs din xadiminə hücum edib. Ətrafda olan şəxslər bunun qarşısı almağa çalışıblar. Polis silahlı şəxsi yaxalamaq üçün atəş açmalı olub.
Hadisə nəticəsində ümumilikdə 15 nəfər xəsarət alıb. Hücum edən şəxs isə öldürülüb.