Bank Of Baku

İran Müdafiə Nazirliyi bəyanat yayıb

İran Müdafiə Nazirliyi bəyanat yayıb
# 12 dekabr 2012 14:11 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli-APA. İran Müdafiə Nazirliyi bəyanat yayıb. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, sənəddə İran Müdafiə Nazirliyinin mütəxəssislərinin Şimali Koreyanın ballistik raket sınağı həyata keçirməsi prosesində iştirak etməsi barədə yayılan xəbər təkzib olunub: “Bu cür iddialar “psixoloji müharibə” ilə yanaşı, İsrailin nüvə silahı istehsal etməsini və ABŞ-ın son nüvə sınağını ört-basdır etmək məqsədilə ortaya atılıb”.

 

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst də İranla Şimali Koreyanın raket və nüvə sənayesi sahəsində əməkdaşlıq etdiyi iddialarını yalanlamışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR