Bank Of Baku

İran müxalifətinin lideri Mirhüseyn Musəvinin səhhəti pisləşib

İran müxalifətinin lideri Mirhüseyn Musəvinin səhhəti pisləşib
# 03 iyul 2013 07:18 (UTC +04:00)

O, iyulun 2-də səhər saatlarında həyat yoldaşı Zəhra Rəhnəvərdlə birlikdə Tehrandakı xəstəxanalardan birinə aparılıb.

 

APA-nın “Kələmə” saytına istinadən verdiyi məlumata görə, M. Musəvinin davamlı başgicəllənmə və aşağı qan təzyiqi simptomlarından əziyyət çəkdiyi bildirilir.

 

Həkimlər M. Musəvinin xəstəxanada yerləşdirilməsini tələb etsələr də, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi (ETTELAAT) buna icazə verməyib.

 

Qeyd edək ki, M. Musəvi 2012-ci il avqustun 23-də ürək-damar tutulmasından əməliyyat olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR