Bank Of Baku

İran neftini özəl şirkətlər vasitəsi ilə satacaq

İran neftini özəl şirkətlər vasitəsi ilə satacaq
# 01 iyul 2018 10:27 (UTC +04:00)

İran hökuməti ABŞ sanksiyalarına qarşı mübarizə aparmaq üçün özəl şirkətlərə İran neftini ixrac etməyə icazə verəcək.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu  İranın birinci vitse-prezidenti İshak Cihangiri bildirib.

 

İ. Cahangiri deyib ki, İran nefti birjada təqdim olunacaq, özəl sektor neftin ixracı ilə məşğul ola bilər.

 

Qeyd edək ki. iyunun 29-da İranın neft naziri Bican Namdar Zanqan neft ixracını gündəlik  4 milyon barelə çatdıracaqları halda n ABŞ-ın İranın neft sektoruna sanksiya tətbiq edə bilməyəcəyini bəyan edib. Bican Namdar Zanqan ABŞ-ın bu həcmdə nefti dünya bazarından çıxarmasının mümkün olmadığını vurğulayıb.

 

Xatırladaq ki, ABŞ Dövlət Departamenti bəyan edib ki, Vaşinqtonun tərəfdaşları və müttəfiqləri indidən İrandan neft idxalını azaltmağa başlamalı, dekabrın 4-dək İrandan neft idxalını tam dayandırmalıdır. Əks təqdirdə ABŞ həmin ölkələrə qarşı sanksiya tətbiq edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR