Bank Of Baku

İran neftinin ixracı son 27 ildə ən aşağı səviyyəyə düşüb

İran neftinin ixracı son 27 ildə ən aşağı səviyyəyə düşüb
# 27 aprel 2013 04:51 (UTC +04:00)

Bakı-APA. İrana qarşı tətbiq edilən sanksiyalar nəticəsində bu ölkənin neft ixracının 1986-cı ildən sonra ən aşağı səviyyəyə düşüb. APA-nın xəbərinə görə, bu barədə ABŞ energetika nazirliyi yanında informasiya idarəsi məlumat yayıb.

 

Məlumata əsasən, 2012-ci ildə İran neftinin gündəlik ixracı 1,5 milyon barel olub. 2011-ci ildə bu rəqəmin 2,5 milyon barel olduğu bildirilir.

 

«İxracın 39% azalması neft və qaz kondensatı hasilatının 17%, maye yanacaqlardan istifadənin 1% azalması ilə müşayiət olunub», deyə məlumatda qeyd olunur.

 

Rəqəmlərə əsasən, İranın neft ixracından gəlirləri ötən il 95 milyard dollardan 69 milyard dollara düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR