Bank Of Baku

İran nüvə proqramının beynəlxalq şəffaf olması ilə bağlı sazişi reallaşdırılmağa başlayıb

İran nüvə proqramının beynəlxalq şəffaf olması ilə bağlı sazişi reallaşdırılmağa başlayıb
# 18 avqust 2014 16:37 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Tehran nüvə proqramının beynəlxalq müşahidəçilər üçün şəffaf olması ilə bağlı sazişin reallaşdırılmasına başlayıb.

 

APA-nın “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş katibi Yukiya Amano İran səfərindən qayıdarkən Vyana aeroportunda jurnalistlərə bildirib.

 

“Əsas beş addımın reallaşması artıq başlayıb. Güman edirəm ki, növbəti həftə daha çox irəliləyiş əldə ediləcək”, - deyə Y.Amano qeyd edib.

 

Bazar günü prezident Ruhani və XİN başçısı Zəriflə görüşlərinin müsbət keçdiyini deyən baş katib əlavə edib ki, İran tərəfinin nüvə proqramı və AEBA ilə əməkdaşlıqla bağlı  bütün problemləri həll etməyə çalışması onu razı salıb.

 

Qeyd edək ki, “altılıq” ölkələri (BMT Təhlükəsizlik Şurasının üzvləri və Almaniya) və İran arasında nüvə proqramı ilə bağlı danışıqlar sentyabr ayında Nyu-Yorkda keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR