Bank Of Baku

İran ordusunda əsgər müəmmalı şəkildə ölüb

İran ordusunda əsgər müəmmalı şəkildə ölüb
# 14 noyabr 2012 09:52 (UTC +04:00)

 

Bakı. Könül Cəfərli - APA. İranın Qərbi Azərbaycan vilayətinin Salmas şəhərindən hərbi xidmətə çağırılmış əsgər müəmmalı şəkildə ölüb.

 

APA-nın HRANA-ya istinadən məlumatına görə, Kərim Qasımnejadın cəsədi ailəsinə təhvil verilib. İranın İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyindən (ETTELAAT) ölüm səbəbi kimi əsgərin intihar etdiyi göstərilsə də, cəsədin üzərində işgəncə izləri aşkar edilib.

 

İran İslam İnqilabı Keşikçiləri Korpusu (“Sepah”) ailə üzvlərindən başqa heç kimə dəfn mərasimində iştirak etməyə icazə verməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR