İran parlamenti yeni hökumətin tərkibini təsdiqləyib

İran parlamenti yeni hökumətin tərkibini təsdiqləyib
# 15 avqust 2013 23:37 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. İran parlamenti avqustun 12-dən etibarən müzakirəyə çıxardığı yeni hökumətin tərkibini səsverməyə çıxarıb. APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, avqustun 15-də keçirilmiş son iclasda 284 millət vəkili iştirak edib. Prezident Həsən Ruhaninin nazir vəzifəsinə irəli sürdüyü 18 şəxsdən 15-i deputatların etimad səsini ala bilib.

Belə ki, yeni hökumətdə Məhəmməd Cavad Zərif xarici işlər naziri (232 səs), Hüseyn Dehqan müdafiə naziri (269 səs), Seyid Mahmud Ələvi informasiya, təhlükəsizlik və kəşfiyyat naziri (227 səs), Əbdülrza Rəhmani Fəzli daxili işlər naziri (256 səs), Mustafa Purməhəmmədi ədliyyə naziri (201 səs), Bijən Namdar Zəngənə neft naziri (166 səs), Mahmud Vaezi rabitə və informasiya texnologiyaları naziri (218 səs), Əli Cənnəti islam irşad və mədəniyyət naziri (234 səs), Əli Teyyubniya maliyyə və iqtisadiyyat naziri (274 səs), Mahmud Höccəti kənd təsərrüfatı naziri (177 səs), Abbas Əhməd Axundi yollar və şəhərsalma naziri (159 səs), Seyid Həsən Qazızadə Haşimi səhiyyə və tibb təhsili naziri (260 səs), Əli Rəbii kooperativlər, əmək və əhalinin sosial müdafiəsi naziri (163 səs), Həmid Çitçiyan energetika naziri (272 səs) və Məhəmmədrza Nemətzadə sənaye, mədənlər və ticarət naziri (199) vəzifələrini icra edəcəklər.


Ancaq elm tədqiqat və texnologiya naziri vəzifəsinə təklif edilən Cəfər Milli Münfərid cəmi 105 etimad səsi alıb, onun 162 nəfər əleyhinə səs verib, 15 nəfər bitərəf qalıb. Bundan əlavə, gənclər və idman naziri vəzifəsinə təklif edilən Məsud Sultanifərin 117 nəfərin lehinə, 148 əleyhinə səs verib, 18 nəfər isə bitərəf qalıb. Eyni zamanda məktəbəqədər təhsil, təlim və tərbiyə naziri vəzifəsinə təklif edilən Məhəmməd Əli Nəcəfi isə 142 səs alıb və ona bu vəzifəni icra etmək üçün yalnız 1 səs çatmayıb. Bununla da hər üç şəxs millət vəkillərinin etimadını qazana bilmədiklərindən nazir ola bilməyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR