Bakı. Real Cəfərli - APA. İran parlamentinin sədri Belarusa səfər edib.
APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, səfər Belarus parlamentinin sədrinin rəsmi dəvəti ilə baş tutub və iki ölkə arasında siyasi və iqtisadi sahədə əlaqələrin inkişafı ilə bağlı müzakirələr aparılması məqsədilə həyata keçirilir.
Əli Laricani səfər çərçivəsində Belarus prezidenti, parlament sədri və bu ölkənin digər rəsmiləri ilə görüşəcək.