Bakı. Könül Cəfərli - APA. İran parlamentinin sədri Əli Laricani Suriyada səfərdədir. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, İran parlamentinin spikerini səfərdə 6 nəfərdən ibarət nümayəndə heyəti müşayiət edir.
Ə.Laricani bu gün Suriyadakı görüşlərini bitirdikdən sonra əvvəlcə Livana, oradan isə Türkiyəyə yola düşəcək. Səfər çərçivəsində Ə.Laricani Livan və Türkiyənin bir sıra rəsmiləri ilə görüşəcək, regional problemlər başda olmaqla Suriyadakı böhran əsas müzakirə mövzusu olacaq.
Eyni zamanda İran parlamentinin spikeri İranın İstanbuldakı baş konsulluğunda keçiriləcək Aşura mərasiminə qatılacaq və orada çıxış edəcək. Elə Ə.Laricani yola düşməzdən əvvəl Tehranın “Mehrabad” beynəlxalq hava limanında jurnalistlərə açıqlamasında bildirib ki, səfərdə məqsəd hər üç ölənin rəsmiləri ilə Suriyadakı böhranın həll yolunun tapılması məqsədilə müzakirələr aparmaqdır.