Bank Of Baku

İran parlamentinin üzvü yol qəzasında ölüb

İran parlamentinin üzvü yol qəzasında ölüb
# 07 may 2016 11:36 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. İran parlamentinin Şərqi Azərbaycandan olan nümayəndəsi yol qəzasında həlak olub.

 

APA-nın Tehran bürosunun məlumatına görə,  İranın Şərqi Azərbaycan əyalətinin Marağa şəhərindən seçilən parlament üzvü Məhəmmədəli Hüseynzadə bu gün səhər Zəncan-Qəzvin magistral yolunda qəzaya düşüb.

 

Hadisə zamanı onun avtomobildə olan  övladları və həyat yoldaşı xəsarət alıblar.

 

Hadisəyə sürücünün yuxulu olması, yol kənarındakı təpələrə çırpılan avtomobili aşırması olub.

 

Məhəmmədəli Hüseynzadə 10-cu dövr İran İslam Şura Məclisinə 50  min 980 səs toplamaqla seçilib.

 

M. Hüseynzadə parlamentə yeni seçilmiş nümayəndələrin prezident Həsən Ruhani ilə görüşündə iştirak etmək üçün Tehrana səfər edirmiş.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR