Bank Of Baku

İran prezidenti 8 illik fəaliyyəti ilə bağlı ilk hesabatını verib

İran prezidenti 8 illik fəaliyyəti ilə bağlı ilk hesabatını verib
# 04 iyul 2013 10:48 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İran prezidenti Mahmud Əhmədinejad 8 illik fəaliyyəti ilə bağlı ilk hesabatını təqdim edib.

 

APA-nın İRNA istinadən məlumatına görə, İran prezidenti dövlət televiziyası ilə çıxışında rəhbərlik etdiyi IX və X hökumətlərin fəaliyyətinin geniş sahələri ehtiva etdiyini bildirib: “Hökumət öz 8 illik fəaliyyəti ilə ictimaiyyəti məlumatlandırmaq üçün 5 sahədə hesabat hazırlayıb və onları tədricən açıqlayacaq”.

 

Onun sözlərinə görə, İranda insani, maddi və coğrafi üzrə potensiallar misilsizdir: İran xalqı ən yüksək səviyyədə yaşayış səviyyəsinə malik ola bilər və hətta bu sahədə özünü nümunə kimi də göstərə bilər”.

 

M.Əhmədinejad həmçinin hökumətinin iqtisadi proqramlarını da müdafiə edib: “Kiçik firmaların yaranması üzrə kreditlərin ödənilməsi, subsidiyaları məqsədyönlü şəkildə bölüşdürülməsi və “Mehr” adlanan yaşayış binaları layihəsini hökumətimin iqtisadi sahədəki fəaliyyətlərimdən hesab edirəm”.

 

İran prezidenti vurğulayıb ki, ölkədə valyuta ehtiyatlarının həcmi 100 milyard dolları aşıb: “Hazırda İranda mövcud olan valyuta ehtiyatları misilsizdir”.

 

Qeyd edək ki, M.Əhmədinejad 8 illik hökumətinin fəaliyyəti barədə ikinci hesabatı iyulun 7-də təqdim edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR