Bank Of Baku

İran prezidenti: “Suriya xalqı şəffaf seçkidə öz gələcəyinə qərar verə bilər”

İran prezidenti: “Suriya xalqı şəffaf seçkidə öz gələcəyinə qərar verə bilər”
# 04 aprel 2018 14:56 (UTC +04:00)

“Suriyada terrorçular müasir silahlarla təmin edilib, Suriyanın neft resurslarını, muzeylərindəki qiymətli əsərləri satırlar”.
 
APA-nın məlumatına görə, bunu Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin ilə Suriya böhranının tənzimlənməsinə həsr olunan görüşdən sonra keçirilən mətbuat konfransında İran prezidenti Həsən Ruhani bildirib. 
 
ABŞ-ı Suriya böhranının yaranmasında günahlandıran İran prezidenti deyib ki, Suriyada terrorizmlə mübarizə ilə bağlı 15 ay əvvəl Astanada bir prosesə start verilib: “Bu proses Suriyada dörd bölgədə atəşkəsin təmin edilməsinə səbəb oldu. Bu prosesdə Türkiyə, Rusiya və İran həlledici rol oynadı. Mən bu gün Suriya xalqının sülhə inamının dünənə nisbətən daha çox olduğunun şahidiyəm. Mən çox şadam ki, üç ölkənin prezidenti Ankarada ikinci zirvə görüşünü keçirdi. Üç ölkə Suriya xalqına yardım, məzlumlara yardım məsələsində eyni mövqedədir. Mən bu mövqedən daha çox razı qaldım. Suriya böhranının hərbi həll yolu yoxdur, hamımız birlikdə sülh yolunu dəstəkləməliyik. Biz Suriya xalqının evlərinə dönməsinə yardımçı olmalıyıq. İlk növbədə Suriyanın ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin hər kəs tərəfindən qəbul edilməsini istəyirik. Terrorizmlə mübarizə davam etməli, terrorçuların qalıqları Suriyadan çıxarılmalıdır”.
 
 
H. Ruhani qeyd edib ki, Suriyanın gələcəyini Suriya xalqı müəyyən etməlidir: “Suriya xalqı şəffaf seçkidə öz gələcəyinə qərar verə bilər. Biz bu istiqamətdə səylərə dəstək verəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR