Bank Of Baku

İran prezidenti Bişkekdə Rusiya və Çin prezidentləri ilə görüşəcək

İran prezidenti Bişkekdə Rusiya və Çin prezidentləri ilə görüşəcək
# 11 sentyabr 2013 14:38 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran prezidenti Həsən Ruhani dövlət televiziyası ilə ilk çıxışı zamanı bir sıra məsələlərdən danışıb.

 

APA-nın İran mətbuatına istinadən məlumatına görə, H.Ruhani sentyabrın 12-də Qırğızıstana səfər edəcəyini bildirib: “Səfərdə məqsəd Bişkek şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının zirvə toplantısına qatılmaqdır. Toplantı çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşüm nəzərdə tutulub. Bu görüşdə İran-Rusiya əlaqələrinin inkişaf etdirilməsi əsas müzakirə mövzusu olacaq. Bundan başqa, Çin prezidenti ilə görüş də Qırğızıstana səfər proqramıma daxildir. Çünki Tehran-Pekin əlaqələri böyük əhəmiyyət daşıyır”.

 

İran prezidenti BMT baş katibinin dəvəti ilə ABŞ-a səfər edəcəyini də deyib: “Səfər çərçivəsində BMT Baş Assambleyasının Nyu-York şəhərində keçiriləcək növbəti sessiyasına və Qoşulmama Hərəkatına üzv ölkələrin Xarici İşlər Nazirlərinin toplantısına qatılacağam. Eyni zamanda ABŞ-da yaşayan iranlılarla da görüşəcəyəm”.

 

H.Ruhani “altılıq” ölkələri ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Nyu-York şəhərində nüvə müzakirələrinin başladılması istiqamətindəki tələbinə də toxunub: “Artıq İran Xarici İşlər Nazirliyi nüvə müzakirələrini aparmaq üçün məsuliyyət daşıyır. İran nüvə sahəsində yeni addımlar atır. Biz bu mövzuda ciddi müzakirələrin başladılmasının tərəfdarıyıq və Nüvə silahlarının yayılmasının qarşısının alınması Müqaviləsinə (NPT) uyğun olaraq ölkələrə verilən bütün haqların təmini və qorunmasının labüd olduğunu hesab edirik. Eyni zamanda heç kimin İran xalqını bu haqqından məhrum buraxa bilməyəcəyini bəyan edirik. Bu oyun “uduş-uduş” prinsipi ilə sona çatması lazımdır.  “Ud-itir” nəticəsi heç bir məna ifadə etmir. Bu müzakirələr Nyu-Yorkda başlaya bilər, ancaq görüşlərin məhdud olmadığının bilinməsi lazımdır”.

 

İran prezidenti ölkəsinin neft istehsalının azalması məsələsindən də danışıb: “Neft istehsalını gündəlik 4 milyon barelə çatdırmaq məqsədilə hökumətin qısamüddətli proqramı var. Hazırda neft ixracının mövcud maneələri aşmasına səy göstərilir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR