Bank Of Baku

İran prezidenti BMT Təhlükəsizlik Şurasını hərəkətsizlikdə ittiham edib

İran prezidenti BMT Təhlükəsizlik Şurasını hərəkətsizlikdə ittiham edib
# 04 avqust 2014 12:29 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. İran prezidenti Həsən Ruhani  BMT Təhlükəsizlik Şurasını Qəzzada davam edən münaqişənin həllində “hərəkətsizlik”də ittiham edib.

 

APA-nın “Sinhua” agentliyinə istinadən verdiyi məlumata görə, Ruhani Qoşulmama Hərəkatının Fələstin Komitəsinin təcili iclasında bəyan edib ki, BMT Təhlükəsizlik Şurasının biganəliyi və hərəkətsizliyi İsrailin cinayətlərə davam etməsinə şərait yaradır.

 

"60 ildir ki, fələstinlilər öz doğma torpaqlarında öz hüquqlarından məhrum edilib. Onlar təzyiq altındadır və İsrailin sionist rejiminin vəhşi hücumlarından əziyyət çəkirlər”, - deyə o vurğulayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR