Bank Of Baku

İran prezidenti hökumətini tam formalaşdırmağa nail olub

İran prezidenti hökumətini tam formalaşdırmağa nail olub
# 18 noyabr 2013 06:57 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran prezidenti Həsən Ruhani hökumətini tam formalaşdırmağa nail olub.

 

APA-nın İran mətbuatına istinadən məlumatına görə, bu, yalnız dördüncü cəhddə mümkün olub. Belə ki, İran parlamenti noyabrın 17-də H.Ruhaninin hökumətdə boş qalmış gənclər və idman naziri vəzifəsinə irəli sürdüyü namizədə etimad məsələsini müzakirəyə çıxarıb.

 

Səsvermədən əvvəl İran prezidenti öz namizədini müdafiə edib. Mahmud Qudərzi də nazirlik üçün hazırladığı proqramı izah edib. İran parlamentində keçirilən səsvermə zamanı 267 millət vəkilindən 199 nəfər H.Ruhaninin namizədinin lehinə 124, 44 nəfər əleyhinə səs verib, 22 nəfər isə bitərəf qalıb. Bununla da M.Qudərzi İranın yeni gənclər və idman naziri olub.

 

Qeyd edək ki, İran parlamenti bundan əvvəl avqustun 15-də, oktyabrın 27-də və noyabrın 10-da H.Ruhaninin gənclər və idman naziri postuna təklif etdiyi Məsud Sultanifər, Seyid Rza Salehi Əmiri və Nəsrullah Səccadiyə etimad göstərməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR