Bank Of Baku

İran prezidenti özünə yeni vitse-prezident təyin edib

İran prezidenti özünə yeni vitse-prezident təyin edib
# 18 avqust 2013 14:16 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. İran prezidenti Həsən Ruhani özünə yeni vitse-prezident təyin edib.

APA-nın İran mətbuatına istinadən məlumatına görə, bu barədə İran prezidentinin mətbuat məsələləri üzrə müşaviri Məhəmmədrza Sadiq bildirib.

Onun sözlərinə görə, H.Ruhani məktəbəqədər təhsil, təlim və tərbiyə naziri vəzifəsinə irəli sürdüyü, ancaq ölkə parlamentinin etimadını qazanmayan Məhəmməd Əli Nəcəfini özünə müavin, həmçinin İran Turizm, Əl İşləri və Mədəni Miras Təşkilatının rəhbəri vəzifəsinə təyin edib. M.Nəcəfi İranın eks-prezidenti Əliəkbər Haşimi Rəfsəncaninin hakimiyyəti zamanı da məktəbəqədər təhsil, təlim və tərbiyə naziri vəzifəsində çalışmışdı.

Bu arada İran prezidenti nazir postu üçün ölkə parlamentinin etimad göstərmədiyi şəxslərin əvəzinə, müvəqqəti olaraq Cəfər Tofiqi Daryanı elm, tədqiqat və texnologiya naziri, Seyid Rza Salehi Əmirini isə gənclər və idman naziri vəzifəsinə təyin edib. Ancaq məktəbəqədər təhsil, təlim və tərbiyə naziri vəzifəsini müvəqqəti icra etmək üçün hələlik təyinat həyata keçirilməyib. İran parlamenti həmin nazir postlarını tutacaq şəxsləri təklif etmək üçün prezidentə üç ay vaxt verib. İranın islahatçı qüvvələrinə yaxın xəbər saytları isə H.Ruhaninin H.Rəfsəncaninin qızı Faizə Haşimini gənclər və idman naziri, Məsumə Ebtekarı isə elm, tədqiqat və texnologiya naziri vəzifəsinə irəli sürmək niyyətində olduğunu yazıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR