Bakı. Real Cəfərli – APA. İran prezidenti Qırğızıstanda səfərdədir.
APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Həsən Ruhani sentyabrın 12-də Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin liderlərinin zirvə toplantısına qatılmaq üçün ilk xarici səfərini gerçəkləşdirib.
İran prezidentini “Manas” beynəlxalq hava limanında Qırğızıstanın baş naziri Jantoro Satıbaldiyev və digər dövlət rəsmiləri qarşılayıblar.
H. Ruhaninin sammitdə çıxış edəcəyi, Rusiya, Çin, Əfqanıstan və Qırğızıstan prezidentləri ilə görüşəcəyi bildirilir.