Bank Of Baku

İran prezidenti və Ermənistan XİN rəhbəri arasında görüş olub

İran prezidenti və Ermənistan XİN rəhbəri arasında görüş olub
# 05 iyun 2016 19:33 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. Bu gün Tehranda səfərdə olan Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan İran prezidenti Həsən Ruhani ilə görüşüb.


APA-nın Tehran bürosunun məlumatına görə,  görüşdən sonra  İran və Ermənistan arasında  viza rejimini ləğvinə dair sənəd imzalanıb. Sənədə əsasən viza tələb edilmədən İran vətəndaşları Ermənistanda, Ermənistan vətəndaşları İranda 90 gün müddətinə qala biləcəklər.
 

“Ölkələrimiz arasında  iqtisadi, mədəni, ticarət, enerji , tranzit, yük daşımaları, kənd təsərrüfatı və turizm sahəsində  əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.  Sanksiyların ləğvindən sonra iki ölkə arasında əlaqələrin inkişafı üçün yaxşı imkan yaranıb.  Bu imkandan istifadə etməklə bütün sahələrdə münasibətlərimizi inkişaf etdirməliyik”, deyə H.Ruhani bildirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR