Bank Of Baku

İran prezidentliyinə namizəd qondarma erməni soyqırımından danışıb

İran prezidentliyinə namizəd qondarma erməni soyqırımından danışıb
# 24 aprel 2013 00:22 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. Aprelin 22-də İranın paytaxtı Tehran şəhərində qondarma erməni soyqırımı ilə bağlı tədbir keçirilib. APA-nın “Khabaronline” saytına istinadən verdiyi məlumata görə, Tehranda fəaliyyət göstərən “Hay Dat” (“erməni məsələsi”) mərkəzinin qərargahında təşkil olunmuş mərasimdə İran parlamentinin sədr müavini, ölkə prezidentliyinə namizəd Məhəmmədhəsən Əbuturabifərd də iştirak edib. Tədbirdə çıxış edən vitse-spiker qondarma erməni soyqırımı ifadəsini işlətməkdən belə çəkinməyib: “Keçmişdə ermənilərin qanına əllərini bulayanlar bu gün də suriyalı bacı-qardaşlarımızın qanlarına əllərini bulayırlar. Onlar Fələstində insanların ölümünə və didərgin düşmələrinə səbəb olur və hazırda da supergüclər tərəfindən müdafiə edilirlər. Təəssüflər olsun ki, güc onların əllərindədir. Onlar da silaha sarılıblar. İnsanlıq və ədalət isə sadəcə sözdədir. Əgər siyasi güc və təbii sərvətlər insani və ilahi dəyərlərə dayanmazsa, xristian və erməni bacı-qardaşlarımızın soyqırımı kimi qorxunc cinayətlərə şahid olacağıq”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR