Bank Of Baku

İran Suriya ordusunu bombalayan ABŞ-a etibar etməməyə çağırıb

İran Suriya ordusunu bombalayan ABŞ-a etibar etməməyə çağırıb
# 18 sentyabr 2016 15:35 (UTC +04:00)

Bakı-APA. “ABŞ-a etibar edən optimistlər ABŞ-ın Suriya ordusuna aviazərbə endirməsindən nəticə çıxarmalıdır”.

 

APA-nın “Fars’ agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın ali dini lideri Ayətullah Xamneyinin məsləhətçisi Həddad Adel bildirib.

 

H. Adel deyib ki, amerikalılar heç vaxt verdikləri sözü pozmaqdan imtina etməyəcəklər: “ABŞ-ın Suriya ordusuna aviazərbə endirməsi terrorçulara dəstəkdir və ABŞ-ın barışıq planındakı gizli məqsədini göstərir”.

 

Qeyd edək ki, dünən ABŞ-ın rəhbərlik etdiyi anti-İŞİD koalisiyası Deyr-ez-Zor aerodromunda İŞİD terrorçularının mühasirəsində olan Suriya hərbi birliklərinin mövqelərinə 4 aviazərbə endirib. Nəticədə 62 hərbçi ölüb, 100 hərbçi yaralanıb. Rusiya ABŞ-ın bu addımını sərt formada qınayıb. ABŞ isə yanlışlıqla Suriya ordusunun mövqelərinə zərbə endirildiyini bəyan edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR