Bank Of Baku

İran Suriyada müxalif qrupların kimyəvi silahdan istifadə etdiyini təsdiqləyən dəlilləri BMT-yə verib

İran Suriyada müxalif qrupların kimyəvi silahdan istifadə etdiyini təsdiqləyən dəlilləri BMT-yə verib
# 11 sentyabr 2013 11:11 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Suriyada kimyəvi silahlardan müxalif qrupların istifadə etdiyini təsdiqləyən dəlilləri BMT-yə verdik”. APA-nın İRNA-ya istinadən məlumatına görə, bunu İran xarici işlər nazirinin Afrika və ərəb ölkələri üzrə müavini Hüseyn Əmir Abdullahian bildirib.

 

Onun sözlərinə görə, dəlillərin bəziləri çox açıq-aşkardır: “Məsələn, ötən ilin dekabr ayında 2 ədəd zarin qazı olan kapsula Suriyaya keçirildiyinə dair xəbər əldə edilib. Bu kapsulalar ərəb ölkələrindən Suriyanın bir qonşu ölkəsinə gətirilib və həmin dövlətdə də mühüm siyasi və təhlükəsizlik məzmunlu reaksiyalara səbəb olub”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR